Ramiz Mehdiyev haqda xəbər yayıldı: Komissiyadan çıxarılıb?

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev haqda xəbər yayıldı: Komissiyadan çıxarılıb?

Siyasət

19 Fevral 2020 15:27 10851


"Əfv Komissiyasının tərkibinin formalaşması Prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir". "Yeni Sabah" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev sözügedən komissiyanın tərkibinin dəyişdililməsi ilə bağlı məlumatlara münasibətində deyib. "Əfv Komissiyasının üzvlərini azad etmək, yaxud da tərkibini dəyişmək Prezidentə məxsusdur. Komissiyadan kimlərin çıxıb, kimlərinsə təyin edilməsi barədə məlumatımız yoxdur". Qeyd edək ki, mətbuatda Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibinin yenidən formalaşdırılması ilə bağlı məlumatlar yer alıb. Məlumata görə, Komissiya sədri Ramiz Mehdiyev və Elmira Axundovanın tutduğu vəzifədən ayrılacağı deyilir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!