“Ramiz Mehdiyev hələ də anlamır ki, Akademiya onun şəxsi müəssisəsi deyil”     - ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Ramiz Mehdiyev hələ də anlamır ki, Akademiya onun şəxsi müəssisəsi deyil”   - ETİRAZ

Siyasət

25 Avqust 2020 13:02 1548


AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi səbəbilə yaranan ajiotaj səngimir. Artıq Mehdiyev təkcə sıravi vətəndaşların yox, eyni zamanda ictimai statusu olan şəxslərin qınaq obyektinə çevrilib. Onun AMEA-nın rəsmi saytında şəxsi maraqları üçün istifadə edərək verdiyi açıqlama isə narazılığı pik həddə çatdırıb. 

Azərbaycanın Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov Yenisabah.az-a açıqlamasında bildirib ki, insanlar bilərəkdən dövlətin qanunlarına hörmətsizlik edən şəxslərə qarşı ən ciddi tədbirlərin görülməsini tələb etməkdə olduqca haqlıdırlar:

“Son günlərdə Azərbaycanda vaxtilə çox yüksək vəzifələr tutmuş və hazırda da güclü postlarda təmsil olunan insanlarla bağlı məlum toyun videogörüntüləri cəmiyyətdə haqlı olaraq çox ciddi rezonans doğurdu. Hər bir ziyalı qanunlara əməl etməklə bərabər qanunlara hörmət etmək nümunəsini də ortaya qoymalı idi. Biz bunu görmədik. Həmin toyda parlamentin komitə sədri, parlament üzvü təmsil olunurdu, hansı ki bu şəxslər həmişə cərimələrin qaldırılması ilə bağlı çıxışlar edirdilər. Bu da həmin şəxslərin danışdıqları ilə əməlləri arasında ciddi fərqin olduğunu göstərdi. Bu şəxslər qanunlara əməl edilməsini yalnız kasıb təbəqə üçün nəzərdə tuturlar. Əlbəttə ki, onlarla bağlı hüquq mühafizə orqanları lazımi tədbirləri gördülər, amma hamımız bilirik ki, o şəxslərə üçün tətbiq olunan cərimələr çox xırdadır. Çünki o şəxslər vaxtilə dövlət hesabına oliqarxa çevrilənlərdir. Onlar üçün bu cərimədən daha önəmli şey ziyalılığa yaraşmayan hərəkətə cəmiyyətin sərt reaksiya göstərməsidir. İctimaiyyət öz sözünü deməlidir”.  Toyuqlu pizza

Həmsöhbətimiz hesab edir ki, Ramiz Mehdiyevin dövlət qurumunun rəsmi saytını şəxsi məqsədləri naminə istifadə edərək açıqlama verməsi çox biabırçı haldır:

“Ramiz Mehdiyev hələ də anlamır ki, Akademiya onun şəxsi müəssisəsi deyil, xalqın intellektual məbədidir. O adam öz hərəkətlərindən xəcalət çəkmək əvəzinə  bəzi “məqamlar”a toxunur və özünü haqlı çıxarmağa cəhd edir. Bu sayt dövlətin elmi-texniki siyasətini həyata keçirir və dövlət hesabına maliyyələşir, amma bu adam ondan şəxsi məqsədləri üçün istifadə edir. Təəssüf edirəm ki, onun bu hərəkətlərinə Akademiyanın Rəyasət Heyəti bugünədək cavab verməyib. Həmin toyda akademiyanın bir çox həqiqi üzvləri iştirak edirdi. Bunlar özlərini hansı səviyyədə tuturlar ki, ölkədə qanunlara qarşı bu qədər sayğısız münasibəti ifadə edirlər?! Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə bağlı onu deyə bilərəm ki, bu insanların hər biri dövlətin imkanlarında geniş istifadə ediblər. Onlar niyə bu hərəkətlərə reaksiya vermirlər, mütləq şəkildə yuxarıdan tapşırıqmı gəlməlidir? Azərbaycanda ziyalı nüfuzunun gözdən salınmasının bundan pis nümunəsini görmürəm. Akademiya məsələyə bundan sonra münasibət bildirsə də, artıq gecdir. Onlar vaxtında mövqelərini ortaya qoymalıydılar. Çünki hadisəni törədən hər hansı ucqar kənddə yaşayan çoban deyil, bilərəkdən qanuna hörmətsizlik edən vəzifəli şəxslərdir. Toydakı iştirakçıların sırası yəqin ki genişdir, onlar ifşa olunmalıdır. Onların hərəkətinə ən yüksək səviyyədə reaksiya verilməlidir. Elmlər Akademiyasında təmsil olunmaları məsələsinə mütləq şəkildə baxılmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!