Ramiz Mehdiyev istefadan sonra ilk dəfə danışdı: “Rusiyadan gələn vardı, AMEA-da onunla görüşdüm“   -+ Video

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev istefadan sonra ilk dəfə danışdı: “Rusiyadan gələn vardı, AMEA-da onunla görüşdüm“ -+ Video

Maraqlı

18 Mart 2022 13:26 1326


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev "TV Musavat"ın canlı yayınında aparıcı Sevinc Telmanqızının suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, Ramiz Mehdiyev iki gün öncə AMEA-ya getməsi ilə bağlı məlumatı təsdiqləyib və bunun səbəbini açıqlayıb.

Ramiz Mehdiyev "TV Musavat"a bildirib ki, AMEA-ya rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlanıb. Həmin layihə ilə bağlı fəaliyyəti müəyyənləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi AMEA-ya gəlib və tərəflər arasında görüş keçirib.  Dominos pizza

Aparıcının "Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?" sualına isə Ramiz Mehdiyev belə cavab verib:

"Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!