Ramiz Mehdiyev karantin qaydalarını pozdu: Nəvəsinə toy etdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev karantin qaydalarını pozdu: Nəvəsinə toy etdi - Video

Siyasət

20 Avqust 2020 15:31 6477


Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Yenisabah.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdə yalnız qohumlar və ailənin yaxın dostları iştirak edib. 

Videodan görünür ki, ofisiant maska taxsa da, qonaqlar heç bir qoruyucu vasitədən istifadə etməyiblər.   Marqarita pizza

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!