Ramiz Mehdiyev: Məğlubiyyətin etirafı, yoxsa revanş?

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev: Məğlubiyyətin etirafı, yoxsa revanş?

Siyasət

05 Sentyabr 2020 10:26 3212


Təhlükəsizlik Şurasının üzvü, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin karantin qadağalarının tətbiq edildiyi günlərdə nəvəsinə toy mərasimi keçirməsi ilə bağlı başlayan müzakirələrə son günlər onun verdiyi reaksiyaları izləməkdəyik. R.Mehdiyev kürəkəninin inzibati həbsinə, ona qarşı hökumətyönlü mediada aparılan anti-təbliğata bir neçə məqalə ilə cavab verib.

Ramiz Mehdiyev nə istəyir, niyə yazır, hansı mesajları verməyə çalışır?

İlk növbədə Prezident Administrasiyasına 25 il rəhbərlik edən Ramiz Mehdiyev özünə qarşı hücumların səbəblərini anlamağa çalışır. O, hesab edir ki vəzifəsini kifayət qədər məsuliyyətlə və uğurla yerinə yetirib. Ona cızılan çərçivəni aşmayıb. Mövcud hakimiyyətin möhkəmlənməsinə töhfə verib, Heydər Əliyevə və İlham Əliyevə ən etibarlı silahdaş kimi kömək edib. Sezar pizza

İndi üzləşdiyi gözlənilməz münasibətin yaratdığı çaşğınlıq, narahatlıq və məğlubiyyət ovqatı onun məqalələrində açıq sezilir. Mehdiyev məqsədyönlü şəkildə “savaş” müstəvisinə çəkildiyini anlayır. Özünə qarşı sistemli hücumların hardan və niyə təşkil olunduğunu bilir. Kürəkəninin inzibati həbsinin ona sonuncu xəbərdarlıq mesajı olduğunun fərqindədir.  Akademiyada faktiki işini icra etmək əvəzinə siyasətlə bağlı yazması bu qeyri-müəyyənlikdən çıxmaq üçün özünümüdafiə cəhdidir.

R.Mehdiyev ömrünün sonuna qədər öz amallarından və sədaqətindən əl çəkmək niyyətində olmadığını deməklə özünü daha sərt münasibətdən qorumağa çalışır. O, bilir ki mövcud sistem ona və yaxınlarına daha qorxulu aqibət yaşada bilər. Əmindir ki ona qarşı hücumların arxasındakı siyasi iradə indi ölkədə çox şeyə qadirdir. R.Mehdiyevi və yaxınlarını bu təhlükələrdən qorumaq üçün nə daxili nə də xarici güc var. 

Eyni zamanda Mehdiyev mövcud hakimiyyət komandasına və cəmiyyətə öz aqibətini nümayiş etdirməklə real mənzərəni göstərməyə çalışır. Keçmiş xidmətlərindən, statusundan asılı olmayaraq artıq heç kimin mövcud sistemdə təhlükəsiz olmadığını və aşağılayıcı aqibətdən sığortalanmadığını göstərir.  

R. Mehdiyevə xaricdən və daxildən siyasi dəstək verilə bilərmi?

O, ölkənin siyasi-hərbi təhlükəsizliyini qərblə deyil Rusiya ilə sıx münasibətlərdə gördüyünü dəfələrlə bəyan etsə də bu seçim onun deyil. Rusiya ilə sıx siyasi münasibətlər R.Mehdiyevlə başlamayıb, 1993-cü ildən etibarən H.Əliyevin, sonra isə İ.Əliyevin siyasi kursu olub.

27 il öncə MDB-yə daxil olmaqla başlayan siyasi yaxınlaşma son illər daha intensiv xarakter alıb. Xüsusilə də 2016-cı il Konstitusiya dəyişikliyindən sonra R.Mehdiyevin hakimiyyətdəki mövqeləri zəifləsə də Rusiya ilə bütün sahələrdəki münasibətlər yüksələn xətlə inkişaf edib.  Beynəlxalq «JARA» festivalını 5 ildir hər yay Bakıda  keçirən, Rusiyanın ən böyük universitetlərinin filiallarını Azərbaycanda açan, Rusiyadan böyük həcmdə silah alan, orta məktəblərdə rusdilli təhsili təşviq edən şəxslərin R.Mehdiyevə yaxın olmadıqları hər kəsə məlumdur.

Onun Rusiyadan siyasi dəstək alması inandırıcı deyil. Rusiya öz maraqlarına uyğun hər an fərdlərə münasibətini dəyişə bilir. Azərbaycan hökumətində Rusiyanın ən yüksək orden və medallarını almış çoxsaylı vəzifəli şəxslər asanlıqla tutduqları postlardan uzaqlaşdırılıb və Rusiyadan heç bir narahatlıq səslənməyib. R.Mehdiyevə münasibətə görə də rəsmi Moskva ilə Azərbaycan hakimiyyətinin münasibətləri dəyişməyəcək.

Onun qərb siyasi dəyərlərinin ölkəyə daxil olmasına müqavimət göstərməsi də heç kəsə sirr deyil. Qərbin siyasi dairələri və demokratik institutları ilə heç bir müsbət münasibəti yoxdur və onlardan dəstək alması da real deyil.

Eyni zamanda 700 mindən çox üzvü olmasına baxmayaraq cəmiyyətdə siyasi varlığı ilə yoxluğu bilinməyən hakim partiyanın və ciddi müxalif qurumların R.Mehdiyevə siyasi dəstəyi olmayacaq. /Astna.biz


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!