“Ramiz Mehdiyev məni də aldadıb” - Abel Məhərrəmov

saytların hazırlanması

Evə çatdırılma

“Ramiz Mehdiyev məni də aldadıb” - Abel Məhərrəmov

Siyasət

25 Avqust 2020 13:38 3285


Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən, siyasi "tost” deyən BDU-nun sabiq rektoru Abel Məhərrəmov yaxın günlərdə YAP-dan uzaqlaşdırılacaq.

“Yeni Sabah”  "BakuPost”a istinadən xəbər verir ki, o, karantin qaydalarını pozaraq toyda iştirak etdiyinə görə özünü bağışlatdırmağa çalışsa da, buna müvəffəq ola bilməyib.

Keçmiş rektor da deputat Siyavuş Novruzov kimi Ramiz Mehdiyevi günahlandırıb. Bildirib ki, Mehdiyev ona zəng edib toya dəvət edəndə Prezidentin bundan xəbərinin olduğunu, ondan xeyir-dua aldığını deyib. O məhz buna görə də, o, toyda iştirak etməyə qərar verib. Amma onun bu izahı vəziyyəti dəyişməyib. Pepperoni pizza

Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin qız nəvəsinə toy etməsi siyasi skandala səbəb olub. Əvvəlcə onun kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası qandallanaraq həbs olunub. Sonra isə toyda iştirak edən vəzifəli şəxslər cərimələnib. Deputat Siyavuş Novruzov isə YAP-dan istefa verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!