Ramiz Mehdiyev siyasi partiyalarla bağlı yeni şöbə yaradır

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev siyasi partiyalarla bağlı yeni şöbə yaradır

Hadisə

18 Fevral 2021 10:19 1117


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) siyasi partiyalarla bağlı yeni şöbə yaradılır.

Yenisabah.az xəbər verir ki, Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi Tarix İnstitutunda fəaliyyətə başlayacaq.

Artıq yeni şöbənin yaradılması və fəaliyyət istiqaməti İnstitutun Elmi Şurasının iclasının gündəliyinə salınıb və iclasda müzakirələrdən sonra təsdiqlənib. Marqarita pizza

Şöbənin yaradılması müasir Azərbaycanda siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və dövlətin müvafiq orqanlarına tövsiyələr verməsi məqsədi daşıyır.

Həmçinin həmin şöbəyə müdir vəzifəsinə isə Qafqaz tarixi şöbəsinin rəhbəri, tarix elmləri doktoru İradə Bağırovanın namizədliyi irəli sürülüb. İ.Bağırova 1979-cu ildən institutda çalışır. O, 1998-2002-ci illlərdə "Space" telekanalında ictimai-siyasi və informasiya üzrə direktor müavini vəzifəsində işləyib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!