“Akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Bu da karantin rejiminin pozulması deməkdir. Həmin hadisə ilə bağlı deputat kimi mövqeyimi ifadə etmişəm. Tənqidi fikirlər səsləndirmişəm. Belə olan halda mən məhkəmə ilə təhdid olunmalıyam?!”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Modern.az saytına açıqlamasında deputat Elman Nəsirov AMEA-nın prezidenti Ramiz Mehdiyevin dünənki açıqlamasında adının olmasına münasibət bildirərkən deyib.
Deputat Elman Nəsirov isə hər hansı məhkəmədən çəkinmədiyini deyir. O qeyd edib ki, kimliyindən asılı olmayaraq karantin rejimini pozmaq olmaz: Dördpendirli pizza
“Bu, hüquq pozuntusudur. İnzibati məsuliyyət yaradır. Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Hazırda pandemiya dövrünü yaşayırıq. Karantin qaydalarının tətbiq edilməsində məqsəd Azərbaycan vətəndaşının sağlamlığını qorumaqdır. Belə olan təqdirdə hər kəs qanuna tabe olmalıdır. Vəziəfli şəxsin məsuliyyəti adi vətəndaşın məsuliyyətindən daha böyükdür”.
Elman Nəsirov Ramiz Mehdiyevin açıqlamasını anlaya bilmədiyini də vurğulayıb:
“Sözün düzünü deyəndə məhkəməyəmi çağrılmalıyam?! Bu anlaşılmaz məsələdir. Üstəlik, sözün düzünü dediyimə görə, dövlətçilik təcrübəsi olan, uzun müddət yüksək vəzifələrdə işləmiş bir şəxs məni məhkəmə ilə təhdid edirsə, bu ümumiyyətlə anlaşılmazdır”.
Telegram kanalımız