Ramiz Mehdiyevin ailə bankı satışa çıxarıldı - MƏBLƏĞ

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin ailə bankı satışa çıxarıldı - MƏBLƏĞ

İqtisadiyyat

10 Oktyabr 2023 12:24 19903


Azərbaycanın bank sektorunda “yarpaq tökümü” davam edir. Ciddi problemlərlə üzləşən banklar ya bağlanır, ya da satılır.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə bankı olan "Bank BTB" də satışa çıxarılıb.

Məlumatlı mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin oğlu tərəfindən satışa çıxarılan banka müştəri də tapılıb. Hətta onların arasında bankın 15 milyon manata satılması barədə razılıq da əldə olunub. Lakin Ramiz Mehdiyevin bankı satın almaq istəyən şəxsdən onunla da razılaşmağı tələb etdiyi bildirilir. Bu səbəbdən sövdələşmənin hələ yekunlaşmadığı deyilir. Sezar pizza

Qeyd edək ki, 2022-ci ilin yekun hesabatına görə, ziyanla işləyən banklar arasında artıq bağlanmış “Günaybank”la yanaşı “Muğanbank” və "Bank BTB"-nin də adı çəkilirdi. Qeyd olunurdu ki, ötən il bankın ziyanı 5 milyon manat təşkil edib. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəətinin 16 milyon 653 min manat azaldığı və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşdüyü barədə xəbərlər yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!