Ramiz Mehdiyevin həyat yoldaşı yüksək vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin həyat yoldaşı yüksək vəzifəyə təyin olundu

Sosial

22 Dekabr 2019 13:27 14085


Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində "Kompüter elmləri" və "Ehtimal nəzəriyyəsi" ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyətə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan "Kompüter elmləri" ixtisası üzrə Dissertasiya şurasının sədri professor Qalina Mehdiyeva təyin olunub.

Onu da bildirək ki, AMEA prezidenti Ramiz Mehdiyevin 75 yaşlı  həyat yoldaşı - fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyeva hazırda Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsndə Hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsində çalışır. (Yeniavaz.com) pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!