Ramiz Mehdiyevin kürəkəni cəzasını bu həbsxanada çəkəcək

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin kürəkəni cəzasını bu həbsxanada çəkəcək

Kriminal

22 Avqust 2020 16:06 1685


İnzibati qaydada həbs edilən sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayev Daxili İşlər Nazirliyinin Binəqədi rayonu ərazisində yerləşən inzibati həbs olunanların saxlama Mərkəzində saxlanılacaq.

Yenisabah.az xəbər verir ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə 15 sutka müddətinə inzibati həbs cəzası verilən hər iki şəxs qandallanaraq Mərkəzə aparılıb.

Xatırladılıb ki, bu gün İ.Əliyevin və qudasının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə qərarına əsasən, o və qudası  İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib, hərəsi 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər. Onlar karantin rejimi qaydalarını pozaraq toy etdiklərinə görə cəzalandırılıblar. pizza hut

İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.  /Anews.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!