Ramiz Mehdiyevlə bağlı hazırlıq başladı

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevlə bağlı hazırlıq başladı

Siyasət

25 Avqust 2020 09:50 25359


Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən uzaqlaşdırılmasına hazırlıq başlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu məlumatı musavat.com yayıb. Xəbərdə deyilir ki, istisna edilmir ki, Ramiz Mehdiyev Siyavuş Novruzovun yolunu gedərək vəzifəsindən özü istefa versin.

“Belə görünür ki, iqtidar Mehdiyev səhifəsini tamamən və rəsmən qapadır. PA rəhbəri vəzifəsindən çıxarıldıqdan sonra da onun proseslərə təsir imkanının qaldığı, hakimiyyətə qarşı bəzi sabotajçı hərəkətlərə yol verməsi, təxribatlara qol qoyması və s. iddialar vardı. Toyda Abel Məhərrəmovun məlum tostu - Mehdiyevi inkişafın, ölkədə gedən pozitiv proseslərin müəllifi elan etməsi bir daha göstərdi ki, revanşçılar akademiki  özlərinin lideri, ağsaqqalı sayıblar və sayırlar... pizza mizza

Nəzərə çatdıraq ki, Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə məmurlara xəbərdarlıq edib və “Heç kimin keçmişdəki və indiki xidməti, titulu, vəzifəsi nəzərə alınmayacaq. Kim qanunları pozarsa, dərhal cəzalandırılacaq. Dözülməz hallara qarşı mübarizə davam edəcək” bəyanatından sonra məlum davranışı sərgiləyənlərin qətiyyən bağışlanmayacağı dəqiqdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!