Ramiz Novruzun nəvəsi Zeynəb Xanlarova obrazına görə tənqid edildi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Novruzun nəvəsi Zeynəb Xanlarova obrazına görə tənqid edildi - Video

Şou

09 Fevral 2024 15:41 1493


Mərhum Xalq artisti Ramiz Rovruzun nəvəsi Ayan Şəfəq bu dəfə Xalq artisti Zeynəb Xanlarovanın obrazını öz üzərində canlandırıb. 

Sənətkarın gənclik illərində olduğu gözəlliyini yaratmağa çalışan vizajistin bu addımı birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri onun obrazı yarada bilmədiyini iddia ediblər. pizza sifarişi

Zeynəb Xanlarovanın obrazını yaradaraq məşhurlaşan stilist Rəşad Əliyev də görüntüləri tənqid edib və Ayanın obrazı yarada bilmədiyini deyib:

“Mənim heç kimə paxıllığım yoxdur, amma bu obrazı etməsinlər, çünki alındıra bilmirlər. Bunu illərdir mən etmişəm. Allaha şükür, hər kəs məni sevir, amma sizlərdə alınmır. Gedin başqa sənət adamlarının obrazına girin, məncə belə sizdə alınmır!” 

Sözügedən görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!