Ramiz Rzayev Çingiz Əsgərovla bağlı əmr imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Rzayev Çingiz Əsgərovla bağlı əmr imzaladı

Siyasət

16 Sentyabr 2020 11:31 1846


Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradılıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev əmr imzalayıb.

İşçi qrupun işinə rəhbərlik Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərova həvalə edilib. Marqarita pizza

İşçi qrupunun yaradılmasında məqsəd Ali Məhkəməsi fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!