Ali Məhkəmənin sədri Ramiz Rzayevin könüllü şəkildə vəzifəsindən imtina etməsindən sonra yaşı 70i ötmüş məmurların bir-birinin ardınca yola salınacağına dair qanaət bir qədər də möhkəmlənib.
Yenisabah.az xatırladır ki, hakimiyyət komandasında pensiya yaşına çatmış, hətta bu yaşı ötmüş xeyli məmur var. Bu sırada Baş nazirin birinci müavini Yaqub Əyyubov, ədliyyə naziri Fikrət Məmmədov, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə və digərlərinin adlarını çəkmək olar.
Qeyd edək ki, adları çəkilən məmurların personası etrafında son vaxtlar qızğın müzakirələr gedir. Bəziləri vəzifəsinin öhtəsindən layiqincə gələn məmurları yaşının çox olduğuna görə istefaya göndərməyi doğru hesab etmir. Onların fikrincə, müsbət reputasiyaya malik məmurlarla bağlı yaş məhdudiyyəti aradan qaldırılmalıdır. Marqarita pizza
Amma bunun əksini düşünənlər də var. Bəlli bir qrup hesab edir ki, gənc kadrların yolun açmaq üçün yaşı 70-i ötmüş məmurların işdən çıxarılması zəruridir.
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu mövzu ilə bağlı "Yeni Sabah"a açıqlamasında bildirib ki, müəyyən peşələrdə yaş senzi heç vaxt maneə ola bilməz:
“İnsanlar anadan gəlmə hakim, müəllim, həkim olmurlar. Onlar peşələrində yetişirlər. Müəyyən yaşa çatan şəxs görüb-götürüb, təcrübəsi var, amma ona deyirlər ki, 70 yaşına var, get, evdə otur. Mən təssəvvür edə bilmirəm, insan illər boyu yetişib hərtərəfli mütəxəsis ola-ola ona necə bunu demək olar?
Zənnimcə, bu məsələyə fərdi yanaşılmalıdır. Məsələn, Heydər Əliyev hakimiyyətə gələndə 70 yaşı var idi. Heydər Əliyevdən öncə cavan şəxslər hakimiyyətdə idi. O şəxslərin zamanında hakimiyyət çox pis hala düşdü, torpaqlarımızın 20%-i işğal olundu, camaat dilənçi günündə yaşadı. Məsuliyyətsiz bəyanatlar verdilər. Bu, pensiya yaşına çatmamış rəhbərlərin ölkəni idarə etməsidir.
70 yaşı olan Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 10 il ərizində Azərbaycanı dünyada səsi, bayrağı, gerbi, nüfuzu olan ölkə kimi tanıtdı. "Əsrin müqaviləsi"nı bağladı. Halbuki müharibə gedən ölkədə "Əsrin müqaviləsi"ni bağlamaq asan deyildi. Bugünkü zəfərimizin təməli elə o zaman qoyuldu. 70 yaşında hakimiyyətə gələn müdrik insan bunları etdi.
Mən hər zaman yaş senzinin əleyhinə olmuşam. Mənə elə gəlir ki, bəzi peşə sahibləri təqaüdə göndərilməməlidir. Daim enerji ilə çalışan insanlar, qurub yaratmaq eşqi ilə yaşayan insanlar təqaüdə çıxan kimi vəfat edir.
Sanki birdən-birə dağ çayının məcrasını səhraya döndərirsən, səhrada da o quruyub itib-batır. Dağ çayı gərək öz məcrası ilə axsın ki, statusunu qoruyub saxlaya bilsin.
Fikrimcə, "70 yaşı var, hakimiyyətdən getsin" fikirləri düzgün deyil. İndi bəzi vəzifələrə qoyulan 30-40 yaşlı adamlar, el dili ilə desək, hırnan zırı qanmır. Baxmayaraq ki, Harvardda, Bostonda oxuyub.
Bu işdə hər şəyə özəl yanaşmaq lazımdır. İnsan enerji ilə 80 yaşında xalqına, millətinə xidmət edirsə, ona demək olmaz ki, get evinə, nəvələrinlə oyna. Adam var ki, 35 yaşı var, amma 100 yaşlı qoca kimi enerjisizdir”.
Şəhla Ağazadə
Telegram kanalımız