Ramiz Tahirovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Tahirovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

Sosial

26 Fevral 2025 13:50 815


Azərbaycan ilk dəfə NATO-nun “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.

 “Yeni Sabah” “Qafqazinfo”a istinadən xəbər verir ki, üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli ölkəmizin Mərkəzdəki nümayəndəsi təyin edilib.

 K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir. Sezar pizza

 Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

 Fotoda Kamran Tahirbəyli


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!