"Real" klubunun və İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos "Boka Xuniors"un təklifindən imtina edib.
Yenisabah.az "TyC Sports"a istinadla xəbər verir ki, 38 yaşlı müdafiəçi Argentinaya köçmək istəməyib.
Ramos son olaraq ölkəsində "Sevilya"nın formasını geyinib. O, ötən mövsüm bu komandanın heyətində 37 oyun keçirib, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Dominos pizza
Telegram kanalımız