Ramzan Kadırov Azərbaycan Prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Ramzan Kadırov Azərbaycan Prezidentini təbrik etdi

Siyasət

03 Aprel 2025 15:47 321


Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

"Mərhəmətli və Rəhmli Allahın adı ilə! pizza sifarişi

Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Qoy bu bayram hər bir müsəlman ailəsinə sevinc, sülh və xoşbəxtlik gətirsin, insanların qəlbini xeyirxah işlərin görülməsi üçün birlik və həmrəyliyi gücləndirmək, müqəddəs ayda qazanılan savabları qoruyub saxlamaq arzusu ilə doldursun! Ulu Tanrı bütün dualarımızı, oruclarımızı, xeyirxah əməllərimizi qəbul etsin, insanlar arasında qardaşlıq əlaqələrini möhkəmləndirsin!

Ölkələrimizə, xalqlarımıza və bütün ümmətimizə sülh, əmin-amanlıq və Uca Yaradanın sonsuz mərhəmətini arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!