Ramzan Kadırov rinqə çıxır - Məşhur döyüşçü onun çağırışını qəbul etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ramzan Kadırov rinqə çıxır - Məşhur döyüşçü onun çağırışını qəbul etdi - Foto

İdman

27 Dekabr 2019 09:55 1827


Rusiyanın qarışıq döyüşlər üzrə idmançısı Aleksandr Yemelyanenko Çeçenistan rəhbəri Ramzan Kadırovun rinqə çıxmaq çağırışını qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, Yemelyanenko bu barədə "Istagram" hesabında məlumat verib. Döyüşə çıxmağa hazır olduğunu bildirən idmançı qarşılaşma üçün vaxt və yer seçməyi çeçen liderə buraxıb.

Qeyd edək ki, Ramzan Kadırov dekabrın 21-də Aleksandr Yemelyanenko ilə döyüşmək arzusunu dilə gətirib və onu rinqə çağırıb. Kadırov  eyni zamanda qalib gələcəyinə inamından da söz açıb. Yemelyanenko Kadırova məxsus "Axmat" döyüş klubunda məşqlərdə iştirak edib. pizza mizza

Xatırladaq ki, 2015-ci ildə məşhur Azərbaycan döyüşçüsü, K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən "Qorxunc döyüş" beynəlxalq turnirinə fəxri qonaq qismində dəvət edilmişdi.

Çeçenstana səfəri zamanı Azərbaycan döyüşçüsü Ramzan Kadırov ilə görüşmüş və onunla sparrinq-döyüş keçirmişdi. Döyüş Çeçenistan rəhbərinin iqamətgahında baş tutmuşdu.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!