“Range Rover”lə qəzaya düşən “Hacı Mazan”dan son xəbər

saytların hazırlanması

Evə çatdırılma

“Range Rover”lə qəzaya düşən “Hacı Mazan”dan son xəbər

Kriminal

15 Mart 2021 08:12 1499


Ələt-Astara yolunda ağır qəzaya düşən "Hacı Mazan" ləqəbli iş adamı Ramazan Zeynalov Almaniyadakı müalicəsini başa vurub.

“Yeni Sabah” bildirir ki, bu barədə unikal.org-a açıqlama verən R.Zeynalov hazırda Bakıya qayıtdığını deyib: "Qəza zamanı ayağım qırılmışdı. Əməliyyat olundum və ayağıma titan metaldan mil qoyulub. Mülicəm Azərbaycanda davam edir. Hazırda əsa ilə gəzirəm. Yayda ola bilsin ki, yenidən müayinə üçün Almaniyaya gedim. Səhhətim tam sağalmasa da,  işimin başındayam. Bakı və Masallıda olan işlərimi özüm idarə edirəm".

Qeyd edək ki, keçən ilin iyul ayında Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover"inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov xəsarət almışdılar. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!