Rasim Balayevdən Polat Alemdarın “ana“sının jestinə cavab:   “Mən də istəyərəm“

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayevdən Polat Alemdarın “ana“sının jestinə cavab: “Mən də istəyərəm“

Şou

27 Avqust 2019 12:42 1783


Bizə “Kurtlar vadisi” və “Bir zamanlar Çukurova” seriallarından tanış olan türkiyəli aktrisa Serpil Tamur Bakıda qonaq olub. Polat Alemdarın "ana"sı kimi tanınan aktrisa azərbaycanlı jurnalistlərə müsahibəsində Rasim Balayevi çox bəyəndiyini vurğulayıb.  75 yaşlı aktrisa hətta onunla eyni filmdə rol almaq istədiyini də vurğulayıb. 

Məsələ ilə bağlı xalq artisti, görkəmli aktyor Rasim Balayev “Yeni Sabah”a açıqlama verib. Aktyor Serpil Tamurun bu fikrini yüksək dəyərləndirib:

“Bəli, Serpil xanımın dediklərindən xəbərim var. Bu dəyəri görmək xoşdur. Əgər elə bir film olsa, mən də onunla eyni filmdə rol almağı istəyərəm. Serpil Tamur böyük aktrisadır. Ona hörmətim var. Amma film normal film olsa təbii ki. Yoxsa indikilər kimi bayağı filmlər olsa istəmərəm”.  Pepperoni pizza

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!