Rasim Əhmədli dövlətlərarası axtarışa verildi

saytların hazırlanması

Evə çatdırılma

Rasim Əhmədli dövlətlərarası axtarışa verildi

Kriminal

06 Yanvar 2022 10:21 4462


Əvvəllər bir neçə maddə ilə məhkum olunmuş Rasim Əhmədli İkram oğlu Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə dövlətlərarası axtarışdadır.

“Yeni Sabah” xəbvər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

DİN rəsmisi qeyd edib ki, R.Əhmədlinin yerinin müəyyən edilib saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. pizza mizza

Qeyd edək ki, Rasim Əhmədli adlı şəxs özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb, ona hətta FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim edib.

O, görüş zamanı ötən ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyini bildirib və buna görə bələdiyyə sədri tərəfindən təltif edilib. Rasim Əhmədli bələdiyyə rəhbərliyini aldatsa da, onun yalanı çox çəkməyib. Artıq FHN də məsələ ilə bağlı açıqlama yayaraq belə bir şəxsin nazirliyin əməkdaşı olmadığını təsdiqləyib.

Sözügedən şəxs Ukraynada da fırıldaqçılığa əl atıb, özünü qazi kimi təqdim edərək, müxtəlif məbləğlərdə vəsaitlər əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!