Müğənni Rasim Səfər mərhum Xalq artisti Yaşar Nurinin qızı haqqında açıqlama verib.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Elgizlə İzlə” verilişinin qonağı olan müğənni evli olduğunu, Ülkər Yaşarqızı ilə haqqında yayılanların şayiə olduğunu deyib:
"Ülkərlə üç ildir birgə çalışırıq. Çox əziyyətlər çəkmişik. O əziyyətlər hesabına ikimiz də ayaq üstə dayanırıq. Hədsiz dərəcədə yaxın, ailəvi dostlarıq. Ailəliyəm, dörd aylıq qızım var. İşimizlə əlaqədar günün çox hissəsini bir yerdə keçiririk. Ülkərlə çox göründüyümüz üçün belə söz-söhbətlər ortaya çıxır. Həyat yoldaşım da musiqiçi olduğu üçün yersiz qısqanclıqlar olmur" . pizza sifarişi
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız