“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun parlament seçkilərinə 35 saylı Xətai 3-cü seçki dairəsindən namizəd olmağa qərar verməsi gündəm yaradıb.
“Yeni Sabah” xəbər verir ki, bu qərarın təəcüblə qarşılanmasına səbəb isə həmin dairədən R. Arifoğlunun uzun müddət yaxın dostu olan Ümid Partiyasının sədri İqbal Ağazadənin namizəd olmasıdır. Bundan əvvəl İ. Ağazadə həmin dairədən deputat da seçilib. Bəs, Rauf Arifoğlu nə üçün bu dairəni seçib? Hələlik bu haqda baş redaktor yaranmış suallara cavab verməyib. Sadəcə qərarını aşağıdakı şəkildə ictimaiyyətə açıqlayıb:
“Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi. Toyuqlu pizza
- Niyə Xətai, niyə 35?
- Bu dairə kimindir? Passiv seçki hüququ olan hər bir Azərbaycan vətəndaşının, indiki deputat Araz Əlizadənin, dostum İqbal Ağazadənin, yoxsa mənim?
- Kimin şansı nə qədərdir?
- Arifoğlu gəldi, Əlizadə gedəcəkmi, parlament əlizadəçilik utancından qurtulacaqmı?
- Seçkilərin gedişində kiminsə xeyrinə namizədliyimdən imtina edə bilərəmmi?
Bu və başqa suallara növbəti statusumda cavab yazacam. Detallı və səmimi!
İndi isə bu bəyanımı edərək, bütün dostları, media ictimaiyyətini, Xətai 35 saylı 3-cü Seçki Dairəsində yaşayan Facebook istifadəçilərini dəstəyə səsləyirəm.
Seçki təcrübəsi olan fəalları, siyasi texnoloqları, ziyalıları, gənc könüllüləri, tələbələri seçki qərərgahıma dəvət edirəm. Gəlin Azərbaycan üçün, demokratiya və haqlar uğrunda birgə çalışaq!
Birlikdə Azərbaycanda ən nümunəvi bir kampaniya keçirdək! Yeni ilin ən gözəl hadisəsini bərabər hazırlayaq!”.
R. Arifoğlu bu qərarının detalları haqda ətraflı açıqlama verəcəyini bildirib.
Telegram kanalımız