"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu parlament seçkilərində iştirak edəcək.
"Yeni Sabah" xəbər verir ki, R.Arifoğlu bu barədə özünün "Facebook" səhifəsində yazıb.
''Parlament seçkilərində iştirak edirəm, seçicilərimi, media ictimaiyyətini və dostları dəstəyə səsləyirəm'', - deyə qeyd edən baş redaktor namizədliyini 35 saylı Xətai 3-cü seçki dairəsindən irəli sürüb. Dördpendirli pizza
Qeyd edək ki, eyni dairədən "Ümid" partiyasının sədri İqbal Ağazadə də namizədliyini irəli sürdüyünü açıqlayıb.
Telegram kanalımız