Rayondan Bakıya gələnlərə məhdudiyyətlər olacaq - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rayondan Bakıya gələnlərə məhdudiyyətlər olacaq - AÇIQLAMA

Siyasət

29 Oktyabr 2024 20:07 44076


 COP29-la bağlı şəhərdaxili bəzi məhdudiyyətlər təbii ki, nəzərə tutulur.

Yenisabah.az xəbər verir ki,  bu sözləri Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa News24.az-a açıqlamasında deyib. 

“Çünki böyük tədbirdir, COP29-a dünyanın əksər ölkələrindən qonaqlar gələcək, təşrif buyuranların sayı 80 min nəfərə yaxındır ki, onların arasında rəsmilər və turistlər də olacaq. Bunların həm yerləşməsi, həm də şəhərdaxili hərəkəti təbii ki, müəyyən məhdudiyyətləri zəruri edir.  Sezar pizza

Konkret olaraq şəhərdaxili, yaxud şəhərə girişlə bağlı məhdudiyyət barəsində geniş məlumat verə bilmirəm. Ancaq hər halda məhdudiyyətlər nəzərdə tutulur, çünki dərslərdə fasilə olacaqsa, digər sahələrdə də fasilələr olacaqsa, görünür ki, rayondan Bakıya gələnlərlərlə də bağlı məhdudiyyətlər düşünülə bilər. Amma konkret hansı tədbirlərin olacağı barəsində geniş məlumat verilməyib. Ancaq bununla bağlı yaxın günlərdə açıqlama olacaq”.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Seyran
    Vətəndaşını nəzərə almayan Hakimiyyət öz sukurası xatirinə nə istəsən edər
    2 years ago
  • Fəxrəddin
    BU MƏHDUDİYYƏTLƏR HÖKUMƏTİN AZƏRBAYCAN MİLLƏTİNİ GƏLƏN QONAQLARIN QARŞISINDA ALÇALTMAQDIR VƏ KONSTİTUSİYAYA ZİDD BİR HƏRƏKƏTDİR...
    2 years ago
  • Əlhəm
    Salam mən Sabirabad rayonunda yaşayıram qızım Talassemiya xəstəsidir hər ay ıkı defe xəstəxanada qan köçürmə gedırık ayın 8 9 gedecık bes yollar baqlasa neyneyecık ??????
    2 years ago