Rayondan Bakıya gəlmək istəyənlərin nəzərinə

saytların hazırlanması

Evə çatdırılma

Rayondan Bakıya gəlmək istəyənlərin nəzərinə

Sosial

28 Aprel 2020 21:30 3491


Azərbaycanda koronavirusa görə elan olunmuş xüsusi karantin rejiminin şərtləri yumşaldılıb. Yumşalma nəticəsində bir çox müəssisələrin fəaliyyətinə icazə verilib. Sosial şəbəkələrdə gələn həftədən başlayaraq rayon qeydiyyatı olan şəxslərin də Bakıya buraxılmasına icazə veriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı millət vəkili Fazil Mustafa bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda müxtəlif qurumların nümayəndələri təmsil olunur və onlar real vəziyyəti daha yaxşı bilirlər:

"Vətəndaşların Bakıya buraxılmaması onların sağlamlığına xidmət edən qərardır. Ola bilsin ki, yumşalma bu istiqamətdə də olsun. Koronavirusa yoluxanların, sağalanların və ölənlərin say nisbətini müqayisə edib, bu istiqamətdə addım atıla bilər. Vətandaş Bakıya malını gətirib satmalıdır və ya müalicəsi üçün gəlməlidir. Əlbəttə, bütün bunlar insanların sıxıntısıdır. Amma birinci növbədə can sağlığı və təhlükəsizlik daha önəmlidir. Şəhərin tam yüklənməsi virusun yenidən yayılmasına səbəb ola bilər. Bu məsələdə tələsmək lazım deyil. Operativ Qərargahın verəcəyi qərarı gözləməliyik". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!