Rayondan gələnlərin 25 manata Bakıya buraxılması xəbərinə DİN-dən   REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Rayondan gələnlərin 25 manata Bakıya buraxılması xəbərinə DİN-dən REAKSİYA

Sosial

23 Mart 2020 12:36 812


Daxili İşlər Nazirliyi (DİN) rayon qeydiyyatında olan şəxslərin 25 manat müqabilində Bakı şəhərinə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalandır və qərəzlidir:

“Bu qərəzli məlumatları o şəxslər yayırlar ki, onlar məlum qadağanı bilərək Bakı şəhərinə üz tuturlar və polis onları paytaxta buraxmır. Buna görə də yalan və qərəzli məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmaq istəyirlər. Sezar pizza

Nəzərinizə çatdırım ki, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Quba istiqamətlərində qoyulmuş postların fəaliyyəti DİN rəhbərliyi tərəfindən müşahidə kameraları vasitəsi ilə daim izlənilir. Bir daha vətəndaşları Nazirlər Kabinetinin məlum qərarına əməl etməyə çağırırıq”.

E.Zahidov həmçinin rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan avtomobillərlə də paytaxt ərazisinə daxil ola bilməyəcəklərini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!