Rayonlara qar yağıb -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Rayonlara qar yağıb - FAKTİKİ HAVA

Hadisə

17 Fevral 2021 16:13 648


Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Yenisabah.az-a bildirilib ki, fevralın 17-si saat 15:00-a olan məlumatına əsasən, Maştağa, Binə, Pirallahı, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Mərəzə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Göytəpə, Lənkəran, Astara, Xınalığa yağış, Şabran, Nabran, Sarıbaş (Qax), Xaltan, Quba, Xaçmaz, Qrız, Tovuz, Ağstafa, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb.

Şimal-qərb küləyinin  sürəti Xınalıq, Naftalanda 28, Neftçalada 26, Tərtərdə 25, Gəncədə 24, Şəmkir, Salyanda 18, Xaçmaz, Şəki, Hacıqabul, Qrızda 16, Qum adası, Pirallahıda 23, Bakıda 20, Çilov adası, Neft Daşlarında 18 m/s-dək güclənib. Toyuqlu pizza

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!