Rayonlarda leysan olacaq

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda leysan olacaq

Sosial

12 Avqust 2019 10:05 1107


Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.  Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 21-24° isti, gündüz  28-31° isti, Bakıda gecə 22-24° isti, gündüz  29-31°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %  olacaq.    pizza

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti: Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında  əksər rayonlarda əasən yağmursuz, lakin  bəzi şimal və şərq rayonlarında  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  32-37° isti, dağlarda gecə 13-18° isti,  gündüz  22-26°  isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!