Rayonlarda leysan olacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda leysan olacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sosial

27 Oktyabr 2025 15:24 877


Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq oktyabrın 29-u axşam 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Toyuqlu pizza

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!