Rayonlarda yağış yağıb - Naxçıvanda 31 dərəcə isti 

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda yağış yağıb - Naxçıvanda 31 dərəcə isti 

Sosial

19 May 2023 10:57 756


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin 19-na olan məlumatına əsasən, mayın 18-i axşam saatlarından bəzi yerlərdə yağan yağış 19-u gecə saatlarından tədricən kəsilib. 

Bu barədə Yenisabah.az-a Xidmətdən xəbər verilib. 

Düşən yağıntının miqdarı Qax, Şahdağ, Ordubad, Gədəbəy, Naftalan, Balakən, Oğuz, Şəki, Tovuz, Daşkəsən, Gəncə, Şəmkir, Tərtər, Zərdab, İsmayıllı, Mingəçevir, Yardımlı, Astarada 3.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 0.0 mm olub.  pizza sifarişi

Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Biləsuvar, Lerikdə duman müşahidə olunub. 

Mayın 18-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-26° isti, Naxçıvanda 31°-dək isti, dağlıq rayonlarda 9-15° isti, aran rayonlarında 22-26° isti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!