“Real“ 9 futbolçusunu satışa çıxardı

saytların hazırlanması

Evə çatdırılma

“Real“ 9 futbolçusunu satışa çıxardı

İdman

03 Aprel 2021 09:25 926


"Real" yay transfer pəncərəsində 9 futbolçusunu satmağa hazırdır.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Bildirilib ki,  Madrid təmsilçisinə PSJ-dən Kilian Mbappe və ya "Borussiya"dan (Dortmund) Erlinq Haallandı almaq üçün vəsait lazımdır .

"Real"ın buna görə Qaret Beyl ("Tottenhem"də icarədədir ), yarımmüdafiəçi Daniel Sebalyos ("Arsenal"da icarədədir),  Luka Yoviç ("Ayntraxt"da icarədədir), Martin Edeqor ("Arsenal") daxil olmaqla, doqquz futbolçusunu satmaq niyyətindədir. Sezar pizza

Qeyd edək ki, "Real" La Liqada 28 turdan sonra 60 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider "Atletiko"dan 6, 2-ci "Barselona"dan 2 xal geridədir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!