“Real” altıncı dəfə UEFA Superkubokunun qalibi oldu

saytların hazırlanması

Evə çatdırılma

“Real” altıncı dəfə UEFA Superkubokunun qalibi oldu

İdman

15 Avqust 2024 01:16 931


İspaniyanın "Real" klubu UEFA Superkuboku uğrunda matçda İtaliyanın "Atalanta" klubu ilə qarşılaşıb. 

Yenisabah.az xəbər verir ki, görüş Varşavadakı Milli stadionda keçirilib.

"Real" Federiko Valverde (60-cı dəqiqə) və Kilian Mbappe (68) vurduğu qollar sayəsində qələbə qazanıb - 2:0. Sezar pizza

Madrid klubu altıncı dəfə UEFA Superkubokunun sahibi olub və yeni rekorda imza atıb. "Real" kuboku beş dəfə qazanan İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarını qabaqlayıb.

Madridlilər 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə UEFA Superkubokunu qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!