REAL ətrafında qalmaqal böyüyür

saytların hazırlanması

Evə çatdırılma

REAL ətrafında qalmaqal böyüyür

Siyasət

10 Aprel 2019 19:33 1057


“Mənim səs küyə səbəb olan "REAL diplomatiya" statusumdan və onun ardınca hörmətli Natiq bəylə keçirdiyimiz debatlardan sonra, söz verdiyim kimi REAL- çılar demişkən "mifik" mənbə ilə təkrar görüşüm dünən baş tutdu”.

“Yeni Sabah”ın məlumatına görə, bunu keçmiş səfir, indiki müxalifətçi  Arif Məmmədov deyib.  O qeyd olunan məsələyə yenidən aydınlıq gətirməyə çalışıb:

“Natiq bəy mənim statusumda olmayan bəzi fikirləri «sitat»lar qismində mənim boynuma qoymağa çalışdı. Bu, Natiq bəyin məharətli və bacarıqlı debatçı olduğunun göstəricisidir və məndə bu cür taktikanın istfadə edilməsini Natiq bəylə gələcəkdə debatlara çıxarkən nəzərə almalıyam. pizza

Mənim statusumda Natiq bəy israr etdiyi kimi mən yazmıram ki, REAL-çıların İlham Əliyevin çox ciddi islahatlara başladığını deyiblər. Natiq bəy mənim yazmadıqlarımı sitat kimi təqdim etməyə çalışıb. Amma statusumda aydın olaraq yazılıb : "O, yəni Aİ-nın rəsmisi mənə sevinclə xəbər verir ki, təbrik edirəm eşitdim İlham Əliyev çox ciddi islahatlara başlayıb". Yəni REAL- çılarla görüşdə iştirak etmiş Aİ rəsmiləri görüşün nəticəsində bu qənaətə gəlmişlər. Mənbə, dediyinə görə özü görüşdə birbaşa iştirak etməyib, amma görüşdən sonra söhbətlərin məzmunu "minutes of the meeting" daxili elektron poçtla aidiyyəti olan şöbələrə göndərilib və onun dedikləri bu "minutes"də əks etdirilən fikirlərə əsaslanıb. Nə mən, nə də ki mənim istinad etdiyim mənbə görüşdə diktafona qeydiyyat etməyib ki, sitatlar gətirsin, amma dedikləri fikirləri bir daha təsdiqləyib. Mən ona israr etdim ki həmin görüşün təfərrüatlarını mənimlə bölüşsün, amma o etiraz edərək qeyd etdi ki, görüşdə bir başa olmadığı üçün, o, bunu edə bilməz. Amma görüş iştirakçıları olan "REAL-çılar" Aİ-na müraciət edərək bu sənədi ("minutes of the meeting") istəyib, cəmiyyətə olduğu kimi təqdim edə bilərlər. Əminəm ki, görüş protokolunun yayılması bir çox məsələlərə aydınlıq gətirər”.

REAL-ın icraçı katibi Natiq Cəfərli isə Arif Məmmədovun məsələ ilə bağlı üzr istəyəcəyinə əminliyini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!