REAL İlham Əliyevin təbliğatına başlayıb? - Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

REAL İlham Əliyevin təbliğatına başlayıb? - Qalmaqal

Siyasət

06 Aprel 2019 15:46 1755


Brüsseldə səfərdə olan REAL Hərəkatının funksionerləri Natiq Cəfərli və Erkin Qədirli prezidentin ölkədə apardığı islahatlardan danışıblar və bu prosesi dəstəkləyiblər.   Bunu keçmiş səfir, indiki müxalifətçi  Arif Məmmədov qeyd edib. Bundan sonra REAL tənqid atəşinə tutulub. Təşkilatın hakimiyyətin təbliğatını apardığı vurğulanır, REAL-ın sədri İlqar Məmmədovun  son fikirləri qınanılır.

“Yeni Sabah”ın məlumatına görə, REAL-ın icraçı katibi Natiq Cəfərli səsləndirilən fikirlərə aydınlıq gətirib.  O bildirib ki, təşkilat funksionerləri  səfərlərində qeyd edilən mövzularla bağlı hər hansı söhbət aparmayıb:

“Arif Məmmədov təcrübəli diplomat olsa da, anlamalıdır ki, bu tipli görüşlərdə danışıqların mövzusu və istiqaməti haqqında görüş iştirakçılarının açıq şəkildə məlumat verməsi həmin insanlara qarşı olan güvənin tamamilə zədələnməsinə, diplomatik çevrələrdən dışlanmasına səbəb ola bilər. Ona görə də  səfərimiz boyunca Erkin Qədirli olsun, ya da mən  mütəmadi, ətraflı məlumatlar vermişik. Söhbət ondan gedir ki, bu görüşlərin olması, hansı məsələlərin müzakirə olunması öncədən bəlli  idi. Burda hər hansı qaranlıq məqamların axtarılması, absurd fikirlərin səsləndirilməsi insanda qıcıq yaradır. Belə başa düşürəm ki, Azərbaycanın xarici siyasətinin bərbad olmasında bu tipli diplomatların da rolu olub. Arif Məmmədov istinad etdiyi mənbələri ya açıqlamalıdır, ya da sübut etməlidir. Gec-tez bu sözlərinə görə üzr istəyəcək”. pizza

N.Cəfərlinin sözlərinə görə, bütün görüşlərdə Azərbaycanda islahat adında bir şeyin olmadığı vurğulanıb:

 “O cümlədən baş verənlərin sistem daxili böhranın nəticəsi  olduğunu, ölkədə hələ də siyasi məhbusların qaldığını və Seymur Həzi, Əfqan Muxtarlının adını dəfələrlə vurğulayaraq bununla bağlı fikirlərimizi bildirmişik. Mitinqlərlə əlaqəli ümumiyyətlə danışığımız olmayıb. Avropa Birliyi ölkələrinin səfirləri və ya Avropa institutlarının rəhbərliyi Azərbaycandakı mitinqlərlə niyə maraqlansın ki? Hansı məntiqlə bunu müzakirə edək?  Mitinqlər Bakı meriyasından asılı bir şeydir. İcazə verməyəcək, mitinq də olmayacaq. Bunun nəyini müzakirə edək?”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!