REAL-ın təşkilat sədri azadlığa buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

REAL-ın təşkilat sədri azadlığa buraxıldı

Siyasət

27 Mart 2020 17:14 942


Respublikaçı Alternativ Partiyasının (REAL) Yasamal təşkilatının sədri Ərəstun Baxşəliyev azadlığa buraxılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə REAL-ın sədri İlqar Məmmədov məlumat yayıb. 

“Ərəstun Baxşəliyevin Apellyasiya Məhkəməsi tərəfindən buraxılmaması haqda bugünkü xəbərlər əvvəlcə bizi üzdü. pizza mizza

Xüsusilə də ön şərtsiz “siyasi dialoq”a hazır olmağımızı xatırladıb bizə çox daş atan tapıldı.

Amma söhbətə düzgün siyasi anlam verməkdə davam etdik. Yekununda, Ərəstün bəy indicə sərbəst buraxıldı. 10 günlük cəza vermişdilər, amma ikicə gecə həbsdə yatdı.

Gərək heç bu da olmayaydı, amma ziyanın yarısından da qayıtmaq xeyirdir. Yeni tipdə siyasi rəqabət qurmaq və bu rəqabətdə Cümhuriyyətçi ideyalarımızı qalib etmək üçün mübarizəmizə davam.

Hakimiyyətdən isə, dialoq təşəbbüsünün konkret məzmunla doldurmasını hələ də gözləyirik”, - deyə REAL sədri bildirib.

Martın 25-də Bərdə Rayon Məhkəməsinin qərarı ilə Ərəstun Baxşəliyevə 10 sutkalıq inzibati həbs verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham olunurdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!