"Real" Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə cavab oyununun neytral stadionda keçirilməsini istəyir.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisinin narahatlığına səbəb İngiltərədə koronavirusla bağlı vəziyyətin gərgin olmasıdır.
Bundan başqa, İngiltərədə başqa ölkədən gələn insanların iki həftə ərzində karantində saxlamasının da "Real"ın işini çətinləşdirdiyi vurğulanıb. "Kral klubu"nun bu vəziyyətdə görüşün keçirilməsi üçün ən uyğun yeri Lissabon hesab etdiyi bildirilib. Dördpendirli pizza
"Real" və "Mançester Siti" arasında Madriddə keçirilən ilk görüşdə İngiltərə klubu 2:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab oyunu avqustun 7-i keçirilməlidir.
Telegram kanalımız