“Real Madrid” Arda Gülerlə müqavilə imzladı 

saytların hazırlanması

Evə çatdırılma

“Real Madrid” Arda Gülerlə müqavilə imzladı 

İdman

07 İyul 2023 14:30 1184


Türkiyəli futbolçu Arda Gülerin “Real Madrid” klubuna keçidi rəsmiləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.  

Bildirilib ki, Türkiyə millisinin üzvü tibbi müayinədən keçdikdən sonra altı illik müqaviləyə imza atıb. 18 yaşlı futbolçu Madrid təmsilçisinin heyətində 24 nömrəli formanı geyinəcək. Toyuqlu pizza

Məlumata görə, “Kral klubu” transfer üçün 20 milyon avro ödəyəcək. Əlavə olaraq 10 milyon avro bonus nəzərdə tutulub. Bundan başqa, “Fənərbağça” futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Arda Güler 2019-cu ildən “Fənərbağça”da çıxış edirdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!