“Real Madrid” əzəli rəqibini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

“Real Madrid” əzəli rəqibini təbrik etdi

İdman

30 Noyabr 2024 10:06 735


İspaniyanın “Real Madrid” klubu əzəli rəqibi “Barselona”nı yaranmasının 125-ci il dönümü münasibəti ilə təbrik edib. “Kral klubu” kataloniyalılarla rəqabətin olduqca qürurverici bir hiss olduğunu qeyd edib.

Yenisabah.az xəbər verir ki, İspaniyanın ən titullu 2 klubu sayılan “Real Madrid” və “Barselona” ölkə futbolu üçün əvəzsiz töhfələri ilə yadda qalıb. La Liqada və beynəlxalq turnirlərdə hər zaman çempionluğa oynayan 2 komanda milli komandanın da əsas nüvəsini təşkil edir.

“El Klassiko” adlanan “Real Madrid” – “Barselona” derbisi bütün dünyada maraqla gözlənilən futbol matçlarından biridir. Müxtəlif turnirlərdə bu günədək 189 dəfə qarşılaşan 2 komanda arasında madridlilər 79, katalonlar isə 75 dəfə qələbə qazanıb. 35 matç isə heç-heçə yekunlaşıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!