İspaniya La Liqasında 33-cü tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun son oyununda lider "Real Madrid" "Xetafe" ilə qarşılaşıb.
Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 79-cu dəqiqədə penaltidən Serxio Ramos vurub. pizza sifarişi
Qeyd edək ki, bu qələbə sayəsində xalını 74-ə çatdıran "Real Madrid" ilk pillədə möhkəmlənib və sona 5 tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır.
Telegram kanalımız