Bu gün İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, lider "Real Madrid” səfərdə "Atletik Bilbao” klubunun qonağı olub.
Matç liderin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. pizza mizza
Yeganə qolu 73-cü dəqiqədə Serxio Ramos penaltidən vurub.
Beləliklə "Real Madrid” xal ehtiyatını 77-ə çatdıraraq turnir cədvəlində əsas izləyici "Barselona”dan 7 xal irəli keçib. "Atletik Bilbao” isə 48 xalla 8-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, "Barselona” axşam saat 00:00-da səfərdə "Villyareal”ın qonağı olacaq.
Telegram kanalımız