İspaniyanın və dünyanın ən titillu klubu “Real Madrid” 5 il sonra ilk dəfə qış transfer mövsümündə oyunçu alacaq.
Yenisabah.az xəbər verir ki, komanda sağ cinah və mərkəz müdafiəçisi transfer etmək niyyətindədir.
Dani Karvahalın ciddi zədələnməsi “kral klubu”nu bu addımı atmağa sövq edib. Təcrübəli ispan cinah müdafiəçisi mövsümün sonuna qədər heç bir matça çıxa bilməyəcək. Dominos pizza
“Real Madrid”in namizədləri isə “Leipsiq”dən Kastello Lukeba və “Ayaks”ın gənc mərkəz müdafiəçisi Xorrel Hatodur. “Kral klubu” son olaraq, 2019-2020 mövsümundə qış transfer dövründə Renieri transfer etmişdi.
Telegram kanalımız