“Real Madrid”in braziliyalı ulduzu Vinisyus Juniyor dünən baş tutan “Leqanes” oyununda ciddi zədə alıb. 24 yaşlı hücumçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, “kral klubu”nun 3-0 hesablı qələbəsi ilə bitən matçda sol ayağında əzələsi qopan Vinisyus oyunda əvəzlənməli olub. “Real Madrid” oyunçunun məşqlərdən uzaqlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, Vinisyus Juniyor bu mövsüm bütün turnirlər ərzində çıxdığı 18 oyunda 12 qol və 8 assistlə yadda qalıb. O, 2024-cü il üzrə “Qızıl Top” mükafatına namizədlərdən idi. pizza mizza
Nazim Hacıyev
Telegram kanalımız