“Real Madrid”in yarımmüdafiəçisi “Vilyarreal”ın futbolçusunu yumruqladı

saytların hazırlanması

Evə çatdırılma

“Real Madrid”in yarımmüdafiəçisi “Vilyarreal”ın futbolçusunu yumruqladı

İdman

09 Aprel 2023 15:42 861


“Real Madrid”in futbolçusu matçdan sonra avtomobil dayanacağında “Vilyarreal”ın futbolçusunu vurub.

Yenisabah.az xəbər verir ki, yarımmüdafiəçi Federiko Valverde Aleks Baenanın üzünə yumruqla zərbə endirib.

Aprelin 8-də baş tutan görüş qonaq “Vilyarreal”ın 2:3 hesablı qələbəsi ilə yekunlaşıb. pizza hut

Bildirilir ki, “Real Madrid”in üzvü oyundan sonra 21 yaşlı ispaniyalını dayanacaqda gözləyib və klub avtobusuna gedərkən onun üzünə yumruq zərbəsi endirib. Oyun zamanı Baenanın Valverde və həyat yoldaşının körpəni itirmiş ola biləcəyi ilə bağlı zarafat etdiyi deyilir.

Qeyd olunur ki, Baena telefona baxarkən, Valverde stadionun avtodayanacağında ona yaxınlaşıb. “Oğlum haqqında nə dediyini təkrarla”, - deyə paytaxt klubunun futbolçunu həmkarını təhdid edib. Baena meydanda dediyini təkrar etdikdən sonra üzündən zərbə alıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!