“Real” qərarını verdi: 100 milyon avro ödəməyə hazırdır 

saytların hazırlanması

Evə çatdırılma

“Real” qərarını verdi: 100 milyon avro ödəməyə hazırdır 

İdman

08 Yanvar 2024 15:27 853


"Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Real"a keçə bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Fooball Espana" məlumat yayıb. 

Futbolçunun müqaviləsində 100 milyon avro qarşılığında İngiltərə xaricində hər hansı bir kluba transfer ola biləcəyinə dair bənd var. Madrid təmsilçisi isə 23 yaşlı forvardın bu məbləğə layiq olduğunu düşünür. Klub Haalanda görə 100 milyon avro ödəməyə hazırdır.  Dördpendirli pizza

Premyer Liqa klubları da norveçli futbolçu ilə maraqlanırlar. Lakin sözləşməyə əsasən, bu transfer üçün onlar 200 milyon avro ödəməlidirlər. Buna görə də Haalandın Premyer Liqa təmsilçilərinə yox, məhz "Real"a keçəcəyi gözlənilir. 

"Real" PSJ-nin forvardı Kilian Mbappeni də sıralarına qatmağı planlaşdırır. Mbappenin yayda PSJ ilə müqaviləsinin başa çatacaq olması onun "Real"a azad agent kimi keçəcəyindən xəbər verir. Bu da Haalandın transferi üçün La Liqa klubunun işini asanlaşdırır. 

Qeyd edək ki, bu mövsüm Haaland Premyer Liqada 15 oyun keçirib, 14 qol vurub və 4 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!