Xəbər verdiyimiz kimi REAL partiyasının sədri İlqar Məmmədov müxalifətçiləri tənqid edib. "8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, inqilab eləmək istəyirsiz, İlqar Məmmədov imkan vermir. Yaxşı, "inqilab-inqilab" deyirdiniz, 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır, seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm" – deyə İ.Məmmədov vurğulayıb.
REAL sədrinin bu açıqlaması, xüsusilə seçki çağırışı bəzi siyasi fəallar, partiya nümayəndələri tərəfindən ciddi tənqid olunub.
“Yeni Sabah”ın məlumatına görə, REAL-ın icraçı Natiq Cəfərli məsələ ilə bağlı qeyd edib ki, REAL-ın məqsədi sistemi dəyişməkdir: Dominos pizza
“Savadlısı da, savadsızı da, səmimi olanı da, illər boyu yüzsifəti görünənlər də, bu günə qədər son 25 ildə hakimiyyətdən mandat alanda, mandat istəyib ala bilməyənlər də eyni suallar verirlər: 1) Ölkədə nə vaxt normal seçki olub ki, indi də seçki ilə hökuməti dəyişmək mümkün olsun, 2) Pənahov-Kopperfild olan yerdə nə seçki, 3) Ölkədə azadlıqlar boğulursa nə seçki.
REAL-ın sədri də, İdarə Heyəti üzvləri də, dəfələrlə deyiblər, bəyan ediblər ki, seçki tək səslərin sayılması deyil, seçki tək səsvermə günü deyil, seçki tək əfruzların işi deyil. Seçki sürəcdir, prosesdir, mobilizə gücü yüksək siyasi hadisədir. Bunu anlamağa nə ABŞ diplomu, nə də BDU-nun komsomol nişanı lazım deyil”.
N.Cəfərli qeyd edib ki, seçki sürəcinin açdığı leqal fürsətlərdən istifadə edərək hadisəni prosesə, prosesi qələbəyə çevirməyə çalışacağıq:
“25 ildir mandat alverində böyük təcrübə toplayanlar bunu ya anlamır, ya da anlamaq istəmirlər, onların cərgəsinə uğursuz, naşı, təcrübəsiz mandat sevdalıları da qoşulub- olsun, problem deyil, zatən REAL-ın məqsədi sistemi dəyişməkdir, bu prosesdə sistemin parçasına çevrilənlər də məğlub olacaqlar!”.
Telegram kanalımız