“Real” səfərdə “Barselona”nı məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Real” səfərdə “Barselona”nı məğlub etdi

İdman

24 Oktyabr 2020 20:04 1417


İspaniya La Liqasında VII turu “El-Klasiko” ilə əlamətdar olub.

Yenisabah.az xəbər verir ki, “Barselona” öz meydanında “Real”ı qəbul edib.

İspaniyanın iki ən titullu klubunun qarşılaşması erkən qollarla başlayıb. Öncə madridlilər Federiko Valverdenin qolu ilə hesabı açıb. Ardınca meydan sahibləri fərqlənib. Ansu Fati “El-Klasiko”da qol vuran ən gənc oyunçu adını qazanıb. pizza hut

İkinci hissədə penalti zərbəsini dəqiq yerinə yetirən Serxio Ramos paytaxt təmsilçisini yenidən hesabda önə çıxarıb. Qarşılaşmanın son dəqiqəsində isə Luka Modriç fərqi iki topa çatdırıb.

Qeyd edək ki, 6 oyunda 13 xal toplayan “Real” 1-ci pilləyə yüksəlib. 5 görüşdən sonra 7 xala malik “Barselona” 10-cudur.

İspaniya La Liqası

VII tur

24 oktyabr

“Barselona” – “Real” – 1:3

Fati, 5 – Valverde, 8, Ramos,, 63 (pen.), Modriç, 90


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!