"Çelsi"nin futbolçusu Eden Hazard "Real"a transfer olunub.
"Yeni Sabah" xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Bildirilir ki, 28 yaşlı cinah oyunçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin "Real"a 100 milyon avroya başa gəldiyi yazılıb. Dominos pizza
Hazard 2018/19 mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, "Çelsi"nin Bakıda "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə "dubl" edib.
Peşəkar karyerasına 2007-ci ildə Fransa "Lill"ində başlayan Hazard 2012-ci ildə "Çelsi"yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.
Telegram kanalımız