“Real” ukraynalı qapıçı ilə yeni müqavilə imzalayır 

saytların hazırlanması

Evə çatdırılma

“Real” ukraynalı qapıçı ilə yeni müqavilə imzalayır 

İdman

02 May 2024 15:20 521


"Real" ukraynalı qapıçısı Andrey Lunin Madrid klubu ilə yeni müqavilə imzalayacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Bildirilib ki, tərəflər 2028-ci ilin iyununa qədər müqavilə bağlamağa yaxındırlar. Zədəli Tibo Kurtuanın yoxluğunda 25 yaşlı qolkiperin maaşı komandanın əsas qapıçısı statusuna uyğun artırılacaq. 

Bu mövsüm Lunin "Real"ın heyətində bütün turnirlərdə 29 oyuna çıxıb və 27 qol buraxıb. 29 oyundan 12-də ukraynalı futbolçu qapısını toxunulmaz saxlayıb.  pizza hut

Luninin "Real"la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!